Bakı-Naxçıvan aviareysləri təxirə salındı
Sentyabrın 28-nə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra aviareyslər təxirə salınıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb. Uçuşların ləğv olunmasına regionda müşahidə edilən əlverişsiz hava şəraiti səbəb olub.
AZAL-dan bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək və sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.
Milli aviadaşıyıcı xatırladıb ki, bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə qəbul edilir.
No Comment! Be the first one.