Əməkdar jurnalist Nurani vəfat etdi
Tanınmış siyasi analitik, Əməkdar jurnalist Nurani (Tofiqəxanım) Qasımova uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
hadiseler.info “Minval Politika” nəşrinə istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirsə də, fəaliyyətini jurnalistikaya həsr edib. 1992-ci ildən peşəkar mediada olan yazar “Ayna”–”Zerkalo”, “Exo” və “Minval.az” kimi aparıcı nəşrlərdə beynəlxalq siyasət üzrə ekspert və redaktor kimi çalışıb.
Məhsuldar fəaliyyətinə və beynəlxalq münasibətlər sahəsindəki dərin analitik təhlillərinə görə Həsən bəy Zərdabi mükafatına layiq görülən T.Qasımova 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adını alıb. O, tanınmış qələm sahibləri Fazil Qasımov və Dilbər Axundzadənin qızı idi.
Allah rəhmət eləsin!
No Comment! Be the first one.