Qızıl və gümüşün qiyməti kəskin yüksəldi
Dünya əmtəə bazarlarında qiymətli metalların bahalaşma dinamikası davam edir.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının (31,1 qram) dekabr fyuçersləri 2,39% dəyər qazanaraq 4 680,6 ABŞ dollarına yüksəlib.
Eyni zamanda gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 2,13% artım göstərərək 70,35 ABŞ dolları təşkil edib.
No Comment! Be the first one.