Ərdoğan: “Orta Dəhlizin Azərbaycan üzərindən inkişaf etdirilməsinə çalışırıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Orta Dəhliz və regional nəqliyyat-enerji layihələri ilə bağlı mühüm bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, Türkiyə dövlət başçısı Orta Dəhlizin Azərbaycan üzərindən “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşdırılaraq inkişaf etdirilməsi üzərində fəal şəkildə çalışdıqlarını bildirib.
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Qərb bazarlarına çıxışının təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, həmçinin enerji dəhlizlərinin şaxələndirilməsinin və təhlükəsiz nəqliyyat marşrutlarının yaradılmasının böyük vaciblik daşıdığını vurğulayıb. Türkiyə Prezidentinin sözlərinə görə, bu istiqamətlərdə həyata keçirilən sıx əməkdaşlıq bütün region ölkələrinin rifahının yüksəldilməsinə xidmət edəcək.
No Comment! Be the first one.