Ərdoğan və Paşinyan görüşdü — Münasibətlərə “yeni impuls” verilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
hadiseler.info xəbər verir ki, mətbuata qapalı keçirilən danışıqlarda tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini ətraflı müzakirə ediblər.
Ermənistan hökumətinin yaydığı məlumata görə, Ərdoğan və Paşinyan iki ölkə arasındakı əlaqələrə “yeni impuls” verməyə hazır olduqlarını vurğulayıblar. Görüşdə ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi və iki ölkənin işgüzar dairələri arasında təmasların genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələr zamanı, həmçinin tarixi Ani körpüsünün birgə bərpası layihəsinə də xüsusi diqqət ayrılıb.
No Comment! Be the first one.