Erməni idmançı UFC-dən kənarlaşdırıldı
hadiseler.info xəbər verir ki, Kaliforniya Ştatının İdman Komissiyası “UFC 331” turnirindəki qarşılaşmadan sonra hər iki idmançı barəsində tibbi diskvalifikasiya qərarı çıxarıb.
Qərara əsasən, idmançılar 45 gün müddətinə yarışlardan uzaqlaşdırılıb və növbəti 30 gün ərzində onların kontaktlı məşqlər etməsi qadağan olunub. Bununla yanaşı, sağ göz ətrafında yaranan dərin kəsik səbəbindən hər iki döyüşçü 60 gün müddətinə və ya xüsusi həkim icazəsi alanadək qarışıq döyüş növləri (MMA) üzrə turnirlərdən kənarlaşdırılıb.
Qeyd edək ki, sentyabrın 19-dan 20-nə keçən gecə Los-Ancelesdəki “Crypto.com” arenasındakı qarşılaşmada Arman Tsarukyan rəqibini birinci raundun sonuna 4 saniyə qalmış nokaut edərək qələbə qazanmışdı.
No Comment! Be the first one.