Ermənistan İstintaq Komitəsi Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı açıqlama verib
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Zəngəzurun Şəki kəndində saxlanılan Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin heç kimi öldürmək niyyətində olmadığını bildirib.
hadiseler.info Oxu.Az-a istinadən xəbər verir ki, A.Poqosyan hərbçinin dindirildiyini və ifadəsində hadisənin təfərrüatlarını açıqladığını deyib.
Komitə sədrinin sözlərinə görə, azaraq kəndə daxil olan azərbaycanlı hərbçi girdiyi evdə yemək hazırlayıb və paltarını dəyişib. Daha sonra evə daxil olan uşaqların telefonlarını alsa da, onların həyatına və sağlamlığına heç bir zərər vurmayıb. Buna baxmayaraq, Ermənistan tərəfi Nəsimi Musayevə bir neçə maddə üzrə ittiham irəli sürüldüyünü diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.