Ermənistanın Bərdəyə ilk raket hücumundan 6 il ötür
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb.
Düşmən atəşi nəticəsində 2 nəfər dinc sakin həlak olub, 6 nəfər xəsarət alıb, həmçinin mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Vətən müharibəsi gedişində Bərdə şəhəri ümumilikdə 5 dəfə (5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində) raket və artilleriya hücumuna məruz qalıb. Ermənistan Silahlı Qüvvələrinin bu terror əməlləri nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər isə yaralanıb.
No Comment! Be the first one.