Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün dayandırılacağı təqdirdə, ölkə iqtisadiyyatının ciddi maliyyə və energetika böhranı ilə üzləşəcəyi proqnozlaşdırılır.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya, Belarus, Ermənistan və Qazaxıstanın birgə hazırladığı və Rusiya hökumətinin rəsmi saytında dərc olunan hesabatda qeyd olunub.
Sənədə əsasən, Aİİ-dən çıxış Rusiyadan Ermənistana pul köçürmələrinin həcmini yarıdan çox azaldacaq. Belə ki, köçürmələrin məbləği 2025-ci ildəki 3,88 milyard dollar göstəricisindən 1,8 milyard dollara qədər geriləyə bilər. Bütövlükdə Aİİ ölkələrindən Ermənistana olan ümumi pul köçürmələrinin isə 3,95 milyard dollardan 1,85 milyard dollara düşəcəyi gözlənilir.
Bundan əlavə, ittifaqdan ayrılma energetika sektoruna da ağır zərbə vuracaq. Tədarük həcmi dəyişməz qalsa bile, Aİİ ölkələrindən Ermənistana idxal olunan təbii qazın qiymətinin 1 000 kubmetr üçün hazırkı 177,5 dollardan 300 dollara qədər yüksələcəyi bildirilir. Hesabatda vurğulanır ki, bu göstərici indikativ xarakter daşıyır və bazar konyunkturasından asılı olaraq real qiymət daha yüksək ola bilər.
No Comment! Be the first one.