Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat başladı
Dövlət İmtahan Mərkəzi doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib. Qeydiyyat prosesi noyabrın 8-dək davam edəcək.
hadiseler.info xəbər verir ki, bu barədə DİM rəsmi məlumat yayıb.
Məlumata əsasən, iddiaçılar DİM-in internet saytında ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradaraq qeydiyyatdan keçməlidirlər. Fəlsəfə doktoru imtahanlarının verilməsi dissertasiya müdafiəsinə buraxılmaq üçün mütləq şərtdir.
İmtahanda iştirak ödənişlidir. Bir imtahan üçün iştirak haqqı 110 manat təşkil edir.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikdə, hər biri üçün ayrı-ayrılıqda 110 manat ödəniş etməlidirlər.
İmtahanlar elektron formada, kompüterlər vasitəsilə 5 blok üzrə təşkil olunacaq:
22 noyabr 2026-cı il: Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı;
23 noyabr 2026-cı il: Əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı;
26 noyabr 2026-cı il: Danışıq bloku üzrə imtahan.
İmtahan nəticələri 5 il müddətində etibarlı sayılır. Keçid balını toplayan iddiaçılara (xarici dil üzrə minimum 30 bal, Azərbaycan dili üzrə minimum 25 bal) Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamə təqdim ediləcək.
No Comment! Be the first one.