Fransada komendant saatı elan olundu
Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal adımlar atmağa başlayıb.
hadiseler.info xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də ətraf Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub.
Qərara əsasən, küçəyə çıxma məhdudiyyəti yerli vaxtla saat 20:00-dan 06:00-dək qüvvədə olacaq.
Qeyd edək ki, bu, Fransada iğtişaşlar başlayandan bəri tətbiq edilən ilk komendant saatı kimi qeydə alınıb.
No Comment! Be the first one.