Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu titulunu qazandı
Portuqaliyanın Portiman şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatına start verilib.
hadiseler.info xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın tanınmış idmançısı Fərhad Rəcəbli növbəti tarixi uğuruna imza atıb.
M8 yaş kateqoriyasında və 90 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli cüdoçu bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalına sahib olub. Bu qələbə ilə 12 qat dünya çempionu olan Fərhad Rəcəbli karyerasında 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib.
Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Beynəlxalq turnirdə Azərbaycanı ümumilikdə 15 idmançı təmsil edir.
No Comment! Be the first one.