Fatih Tekkenin istefası qəbul edilmədi
Türkiyənin “Trabzonspor” klubunun rəhbərliyi baş məşqçi Fatih Tekkenin istefa qərarını geri çevirib.
hadiseler.info xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında Macarıstanın “Ferentsvaroş” klubuna 0:4 hesabı ilə uduzduqdan sonra vəzifəsindən ayrıldığını elan edən 48 yaşlı mütəxəssisin istefası İdarə Heyəti tərəfindən qəbul edilməyib.
Rəhbərliyin qərarına əsasən, F.Tekke Superliqanın növbəti turunda keçiriləcək “Amedspor”la oyunda komandanın başında yer alacaq.
Xatırladaq ki, “Trabzonspor” mübarizəsini UEFA Konfrans Liqasının əsas mərhələsində davam etdirəcək.
No Comment! Be the first one.