Fazil Məmmədov Naxçıvan MR mədəniyyət nazirinin müavini təyin olundu
Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyində yeni təyinat reallaşıb.
hadiseler.info xəbər verir ki, Fazil Məmmədov Naxçıvan MR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Naxçıvan MR-in Baş naziri Cabbar Musayev müvafiq Qərar imzalayıb.
Yeni vəzifəsində Fazil Məmmədovu kollektivə Naxçıvan MR-in Baş naziri Cabbar Musayev təqdim edib.
Qeyd edək ki, F.Məmmədov bu təyinatadək Naxçıvan MR Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.
No Comment! Be the first one.