FHN-dən əhaliyə xəbərdarlıq: Avqustun 17-dək təhlükə gözlənilir – MÜRACİƏT
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə rəsmi müraciət edib.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, havanın fasilələrlə yağıntılı və intensiv olacağı, çaylarda sululuğun artaraq sel keçəcəyi proqnozlaşdırılır.
FHN bu baxımdan vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir. Güclü külək zamanı yüngül konstruksiyalardan, reklam lövhələrindən, hündür ağaclardan və elektrik naqillərindən uzaq durmaq vacibdir. Eyni zamanda küləkli havada yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilməli, kiçikhəcmli gəmi istifadəçiləri dənizə çıxmamalıdırlar. Sel və daşqın təhlükəsi olan bölgələrdə isə dərhal yüksək ərazilərə qalxmaq tövsiyə olunur. Təhlükə anında “112” qaynar xəttinə zəng etmək xahiş olunur.
No Comment! Be the first one.