Naxçıvana ayrılan 258 milyon manat nəyə xərclənəcək?
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə bölgəyə 258 milyon manat vəsait ayrılacaq.
hadiseler.info xəbər verir ki, millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı açıqlama verərək həmin vəsaitin hansı konkret layihələrə yönəldiləcəyini diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, ayrılan vəsait hesabına Su Elektrik Stansiyasının tikintisi davam etdiriləcək, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometrlik yollar əsaslı təmir olunacaq. Həmçinin Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanası, 640 nəfərlik 5 yeni uşaq bağçası inşa ediləcək, 161 yaşayış binası və istilik qazanxanaları bərpa olunacaq.

“Göründüyü kimi, Sərəncamla ayrılacaq vəsait Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi paya malik olacaq. Bu addım Azərbaycan Prezidentinin regionların tarazlı və dayanıqlı inkişafı siyasətini və Naxçıvana xüsusi diqqətini bir daha təsdiq edir.
İnstitutsional and kadr islahatların daha da genişləndiyi Naxçıvanda maliyyə dəstəyinin genişləndirilməsi bu bölgəmizin inkişafını daha da sürətləndirəcək. Yeni düzən fonunda Naxçıvan regionun ən vacib hablarından birinə çevrilməkdədir. Uzun müddət blokada qalan Naxçıvan artıq kommunikasiyaların regional mərkəzinə çevrilməkdədir. Bu, yalnız Naxçıvan üçün deyil, bütövlükdə regionda yeni səhifənin açılması deməkdir”, – deyə Vüqar Bayramov əlavə edib.
No Comment! Be the first one.