Rusiyada dəhşətli anlar: Şarjda olan 95 minlik Lixiang L6 alışıb yandı – VİDEO
Rusiyanın Moskva vilayətində Çin istehsalı olan “Lixiang L6” markalı krossover şarj olunan zaman anlaq içində alışıb.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şolkovo şəhəri yaxınlığındakı “Varejki-3” kottec qəsəbəsində baş verib. Yanğın baş verərkən avtomobilin sahibi ərazidə olmayıb. Alov nəticəsində nəqliyyat vasitəsinin tavanı, oturacaqları və cihazlar paneli tamamilə yanıb.
İlkin ehtimallara görə, yanğına naqillərdəki qısaqapanma səbəb olub. Məlumata görə, 2024-cü il istehsalı olan avtomobil 10 ay əvvəl diler mərkəzindən 4,7 milyon rubla (təxminən 95 300 AZN) satın alınıbmış.
No Comment! Be the first one.