Filippində iki təyyarə toqquşdu: 4 pilot həlak oldu- VİDEO
Filippin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələri qəzaya uğrayıb.
hadiseler.info xəbər verir ki, iki “SF-260” tipli təlim təyyarəsi Manilanın cənubundakı Batanqas əyalətində yerləşən Fernando Hava Bazasında təlim uçuşu yerinə yetirərkən qəzaya uğrayıb.
Filippin Ordusunun yaydığı məlumata görə, insident nəticəsində 4 pilot həlak olub. Təyyarələr hava bazasının ərazisində qəzaya uğrayıb və bazadan kənarda başqa xəsarət alan olmayıb. Yerli medianın məlumatına əsasən, təyyarələr havada toqquşub, lakin qəzanın dəqiq səbəbi hələ ki rəsmi olaraq təsdiqlənməyib.
No Comment! Be the first one.