Fransa polisi 5 mindən çox etirazçını saxladı
Fransada yuxarı sinif şagirdləri və tələbələrin bütün ölkəni bürüyən etiraz aksiyaları zamanı 5 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes “TF1” telekanalına açıqlamasında bildirib. Nazir qeyd edib ki, bazar ertəsindən başlayan nümayişlərdə saxlanılanların sayı 5 mini keçib. Yanlız cümə günü 1 747 aksiya iştirakçısı saxlanılıb.
Rəsmi məlumata görə, oktyabrın 2-də nümayişlər 735 təhsil müəssisəsinin yaxınlığında keçirilib, onlardan 158-nə zərər dəyib. Parisin İl-de-Frans regionunda başlayan aksiyalar dərs cədvəlinin həddindən artıq yüklənməsi və müəllim çatışmazlığına qarşı yönəlib. Yaranmış iğtişaşlar fonunda milli təhsil naziri Eduar Jeffre bir sıra təhsil müəssisələrinin distant təhsil formatına keçdiyini açıqlayıb.
No Comment! Be the first one.