Fransadakı səfirimiz Bricit Makronla görüşdü – FOTO
Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva Fransanın birinci xanımı Bricit Makronun qadın diplomatlar üçün təşkil etdiyi görüşdə iştirak edib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı diplomatiya nümayəndəsi Leyla Abdullayeva özünün “X” sosial şəbəkə hesabında paylaşıb.
Səfirin bildirdiyinə görə, işgüzar nahar formatında keçirilən görüş çərçivəsində qadın və uşaq hüquqları, təhsil, səhiyyə, eləcə də digər mühüm sosial məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Leyla Abdullayeva paylaşımında Fransa Prezidentinin xanımı Bricit Makronla birgə çəkilmiş xatirə fotolarını da təqdim edib.

No Comment! Be the first one.