Futbolçu matç zamanı infarkt keçirdi
Türkiyədə keçirilən futbol qarşılaşmasında həyəcanlı və qorxulu anlar yaşanıb.
hadiseler.info xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkarlığa Keçid Liqasının 7-ci qrupunda II turun oyunları çərçivəsində “Arıt Kayadıbispor” və “Gençlik Mimar Sinan Spor” komandaları Bartın Atatürk stadionunda üz-üzə gəliblər.
“Arıt Kayadıbispor”un 1:0 hesabı ilə öndə olduğu matçın 90+3-cü dəqiqəsində “Gençlik Mimar Sinan Spor”un 35 yaşlı futbolçusu Akın Karaaslan qəfil özünü pis hiss edərək yerə yıxılıb. Meydanda infarkt keçirdiyi bəlli olan təcrübəli futbolçu təcili olaraq xəstəxanaya çatdırılıb və angioqrafiya olunub.
No Comment! Be the first one.