Millimiz dünya çempionatına parlaq qələbə ilə başladı
Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə inamlı qələbə ilə başlayıb.
hadiseler.info xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandası ilə qarşılaşıb. Famil Xəlilovun yetirmələrinin üstünlüyü şəraitində keçən görüş millimizin 6:0 hesablı böyük qələbəsi ilə başa çatıb.
Komandamızın heyətində Müşfiq Zamanov (2), Həsən Məmmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə rəqib qol xəttinə yol taparaq fərqləniblər. Yığmamız növbəti görüşünü oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.
Qeyd edək ki, turnirin ilk oyunlarına oktyabrın 23-də start verilib. Tarixdə ilk dəfə təşkil olunan bu mötəbər turnir FIFA-ya üzv 189 milli assosiasiyadan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.
No Comment! Be the first one.