Fərid Qayıbov: “Formula-1″ milyonların diqqətini Azərbaycana yönəldir”
Bakının Dünya İdman Paytaxtı seçildiyi 2026-cı ildə keçiriləcək “Formula-1” üzrə yubiley Qran-prisi ölkəmizin beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.
hadiseler.info xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında bildirib.
Nazir vurğulayıb ki, “Formula-1” turnirinin əhəmiyyəti yalnız idman yarışı olmaqla məhdudlaşmır. Qran-pri ölkədə idman turizminin inkişafına güclü təkan verir, yerli biznes sektoru üçün yeni imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana cəlb edir.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
No Comment! Be the first one.