Gədəbəydə avtomobil körpüdən dərəyə aşıb: 5 gənc yaralandı-VİDEO
Gədəbəy rayonunda yaralanma ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində, körpünün üzərində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər — 2004-cü il təvəllüdlü Elvir Fətəliyev, 2006-cı il təvəllüdlü Rufan Məmmədov, 2008-ci il təvəllüdlü Ziya Nuriyev, 2006-cı il təvəllüdlü Musa Nuruzadə və 2007-ci il təvəllüdlü Məhəmməd Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar dərhal Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Daha sonra onların bəziləri müalicələrini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birine təxliyə olunublar.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.