Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sex AŞKARLANDI- FOTOLAR
Gəncə şəhərində antisanitar şəraitdə dönər əti emal edən gizli sexin fəaliyyəti məhdudlaşdırılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Aparılan yoxlamalar zamanı obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə riayət olunmadan toyuq ətlərinin sümükdən ayrılaraq dönərxanalara satıldığı müəyyən edilib.
Həmçinin müəssisədə aşağıdakı ciddi qanunvericilik və təhlükəsizlik pozuntuları aşkarlanıb:
Donmuş toyuqların açıq havada defrostasiya olunması (donunun açılması);
Məhsulların baytarlıq ekspertizasından keçirilməməsi;
Etiketləmə və markalanma aparılmadan dönərxanalara paylanılması;
Daşınmanın temperatur rejiminə riayət olunmadan, şəxsi nəqliyyat vasitəsilə həyata keçirilməsi.
Baxış zamanı 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti saxlanca qoyulub, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilərək sexin fəaliyyəti tam dayandırılıb.





No Comment! Be the first one.