Giresunda seldə itkin düşən yeniyetmənin nəşi tapıldı, dayısının axtarışları davam edir
Türkiyənin Giresun vilayətinin Keşap rayonunda avtomobilləri sel sularına düşərək itkin düşən 16 yaşlı Məhəmməd Abdullah Haqqıoğlunun palçığa batmış nəşi tapılıb. Onun dayısı, 45 yaşlı müəllim Məhmət Akkayanın axtarışları isə 5-ci gündür ki, fasiləsiz davam etdirilir.
hadiseler.info xəbər verir ki, avqustun 13-də bölgədə baş verən güclü leysan yağışları nəticəsində derələr daşıb, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Yolda hərəkətdə olarkən sele düşən avtomobildəki 3 nəfərdən biri öz imkanları ilə xilas ola bilsə də, Məhmət Akkaya və yeğəni axınla birgə itkin düşmüşdülər. Axtarışlar zamanı yararsız hala düşən avtomobil Keşap çayında aşkar edilsə də, daxilində heç kim tapılmamışdı.
Təxminən 200 nəfərlik xüsusi xilasetmə heyəti, dronlar və sonar cihazlarının cəlb olunduğu əməliyyat nəticəsində yeniyetmənin nəşi avtomobilin tapıldığı yerdən 200 metr aralıda palçığın altından çıxarılaraq morqa aparılıb. Xilasedicilər müəllim Məhmət Akkayanın tapılması istiqamətində axtarışları davam etdirirlər.

No Comment! Be the first one.