Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb?-FOTOLAR
Goranboy rayonu 2 saylı tam orta məktəbin vəzifəsindən azad edilmiş sabiq direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar yayılıb.
hadiseler.info xəbər verir ki, sosial şəbəkələrdə keçmiş direktorun işdən çıxarıldıqdan sonra sanitar qovşaqdakı avadanlıqları və əlüzyuyanları sökərək öz evinə apardığı iddia olunub.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması faktı təsdiqini tapıb. Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ili başlayana qədər tam aradan qaldırılması istiqamətində işlər görülür.


No Comment! Be the first one.