Şuşada turistlər qaya daşlarının üzərinə yazılar yazıblar
Şuşa şəhərində bəzi turistlər qaya daşlarının üzərinə yazılar yazaraq arzuolunmaz əməllər törədiblər.
hadiseler.info xəbər verir ki, məsələ ilə bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova ictimaiyyətə müraciət edib.
Müraciətdə deyilir: “Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir. Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”.
No Comment! Be the first one.