Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
hadiseler.info xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Xaricdəki diplomatik nümayəndəliklərdə zəngin və çoxillik iş təcrübəsinə malik olan G.Zakaraşvili 2021-ci ildən etibarən Gürcüstanın Ukraynadakı səfiri, eyni zamanda ölkəsinin Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatda (GUAM) daimi nümayəndəsi vəzifələrində çalışıb.
No Comment! Be the first one.