Gürcüstanda azərbaycanlı qətlə yetirildi
Gürcüstanın Qardabani bələdiyyəsində ölümlə nəticələnən qanlı incident baş verib.
hadiseler.info xəbər verir ki, hadisə Nəzərli kəndində qeydə alınıb. Məlumata görə, 35 yaşlı azərbaycanlı Araz Yusubov həmkəndlisi Ramin Məmmədov tərəfindən bıçaqlanaraq öldürülüb.
İlkin ehtimallara görə, tərəflər arasında yaranan mübahisə sonradan bıçaqlanma ilə nəticələnib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə organları tərəfindən saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.