Gürcüstanda faciə: 12 yaşlı azərbaycanlı yeniyetmə qəzada həyatını itirdi
Gürcüstanda baş verən ağır yol-nəqliyyat qəzası nəticəsində azərbaycanlı yeniyetmə dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, məşum hadisə Tbilisi şəhəri yaxınlığında yerləşən Soğanlıq kəndində qeydə alınıb.
Məlumata görə, gecə saatlarında baş verən qəza zamanı 12 yaşlı Tapdıq Nuqzar oğlu Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.