Gürcüstanda nazirliklər paytaxtın mərkəzindən köçürüləcək
Gürcüstan hökuməti Tbilisidə “Hökumət şəhərciyi”nin tikintisi ilə bağlı xüsusi komissiya yaradıb.
hadiseler.info xəbər verir ki, baş nazir İrakli Kobaxidzenin rəhbərlik edəcəyi komissiya inzibati binaların şəhər mərkəzindən çıxarılması layihəsini icra edəcək. Şəhərcik Tbilisinin “Arsenal dağı” adlanan 77 hektarlıq ərazisində salınacaq.
Layihə çərçivəsində 282 750 kvadratmetrlik yeni inzibati kompleksin inşası planlaşdırılır. Yeni şəhərciyə aşağıdakı qurumlar köçürüləcək:
Parlament və Hökumət Administrasiyası
Tbilisi Meriyası (ən böyük bina – 59 900 kv.m)
Dövlət Təhlükəsizlik Xidməti
9 Nazirlik: Xarici işlər, iqtisadiyyat, təhsil, mədəniyyət, infrastruktur, regional inkişaf, səhiyyə, ətraf mühit və kənd təsərrüfatı nazirlikləri
Dövlət Nazirinin Ofisi (barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə)
Tikinti işlərinin başlanma tarixi və layihənin dəqiq büdcəsi hələ açıqlanmayıb. Mərkəzdə boşalacaq binaların gələcək taleyi isə hələlik qeyri-müəyyəndir.
No Comment! Be the first one.