“Gənclik”də avtobusların hərəkət marşrutu dəyişdirildi
Avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, xüsusi avtobus zonası matça gələcək azarkeşlərin istifadəsinə verilərək onların rahat və maneəsiz hərəkəti təmin ediləcək. Məhdudiyyətlə bağlı müntəzəm marşrutların, habelə M5 və M6 nömrəli ekspres avtobusların dayanacaq yeri müvəqqəti olaraq “Gənclik Mall” ticarət mərkəzinin qarşısına keçirilib.
Qeyd olunub ki, matçın gedişatından və müddətinin uzadılmasından asılı olaraq metronun iş rejiminə uyğun şəkildə ekspres marşrutların fəaliyyət saatı artırıla bilər.
No Comment! Be the first one.