Hərbçilərin ölümünə görə müdafiə nazirini vəzifəsindən azad etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan dövlət başçısının Mətbuat xidməti yayıb.
Kadr dəyişikliyi qərarı Xəzər dənizində keçirilən təlim zamanı 14 hərbçinin həlak olmasından sonra verilib. D.Kosanov 2025-ci ildən Müdafiə Nazirliyinə rəhbərlik edirdi.
Xatırladaq ki, faciəvi hadisə sentyabrın 24-də baş verib. Açıq dənizdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı hava şəraitinin qəfil pisləşməsi nəticəsində dalğa 17 nəfəri aparıb və yalnız 3 nəfəri xilas etmək mümkün olub. İnsidentlə bağlı sentyabrın 25-də Qazaxıstanda milli matəm elan edilmişdi.

No Comment! Be the first one.