Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ: Bəzi vətəndaşlar üçün yeni tibbi müayinə qaydası
Hərbi xidmətə çağırış zamanı tibbi şəhadətləndirmə prosesi ilə bağlı vacib yenilik açıqlanıb.
hadiseler.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, tibbi şəhadətləndirmə zamanı “B”, “Ç”, “C” və “D” kateqoriyaları üzrə rəy verilən çağırışçılar xüsusi yekun tibbi müayinəyə cəlb olunurlar.
Yekun müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzində təşkil edilir. Proses Mərkəzi Hərbi-Həkim Komissiyasının “Tibbi şəhadətləndirmə” altsisteminə daxil etdiyi elektron göndərişlər əsasında növbəlilik qaydasında aparılır. Müayinələr zamanı qan analizi, göz, qulaq, spirometriya, BERA testi, rentgen, ultrasəs və stomatoloji kimi müxtəlif dərinləşdirilmiş yoxlamalar reallaşdırılır.
Qeyd edək ki, “B” kateqoriyası sıradankənar həqiqi hərbi xidmətə yararlılığı, “Ç” müvəqqəti yararsızlığı, “C” dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlılığı, “D” isə hərbi xidmətə tam yararsızlığı bildirir.
No Comment! Be the first one.