Hərbçilərin maaş və pensiyaları artırılır
Azərbaycanda hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir.
hadiseler.info xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.
O bildirib ki, Azərbaycan Ordusunun əməkhaqqı və pensiya sisteminin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni islahat paketi hazırlanıb. Yeni sistemlə maaşlar xidmətkeçmə yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla vahid struktur üzrə hesablanacaq.
Müdafiə Nazirliyinin hərbçilərinin maaşları orta hesabla 25%-ə yakın və daha çox artacaq. Vəzifə maaşı baza olan rütbə maaşı ilə əvəzlənəcək və maaşlarda rütbə maaşının payı 70%-ə qaldırılacaq. Eyni zamanda pensiya təminatı mexanizmi təkmilləşdirilərək tam rəqəmsallaşdırılacaq.
No Comment! Be the first one.