Paşinyan: “Azərbaycanla sülh Rusiya ilə münasibətləri transformasiya edəcək”
Ermənistan Rusiya ilə münasibətlərini dərinləşdirmək və xarici əlaqələrini diversifikasiya etmək niyyətindədir.
hadiseler.info xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Hökumət başçısı ölkəsinin balanslaşdırma siyasəti yürütdüyünü diqqətə çatdırıb. Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklərin baş verdiyini vurğulayan Paşinyan qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olana qədər Rusiya ilə əlaqələr əsasən təhlükəsizlik məsələləri üzərində cəmləşmişdi, lakin yeni reallıqda bu münasibətləri transformasiya gözləyir. Baş nazir Rusiya ilə dostluq əlaqələrini yalnız transformasiya etmək deyil, həm də daha da dərinləşdirmək əzmində olduqlarını xüsusi vurğulayıb.
No Comment! Be the first one.