Haitidə silahlı hücum – 47 ölü, 22 yaralı
Haitinin paytaxtı Port-o-Prens yaxınlığındakı Kenskoff bölgəsində silahlı dəstələrin törətdiyi qanlı hücum nəticəsində azı 47 nəfər həlak olub, 22 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
hadiseler.info BMT-nin Haitidəki İnteqrasiya olunmuş Ofisinə (BINUH) istinadən xəbər verir ki, hücum gecə saatlarında başlayıb. Silahlı şəxslər dinc əhaliyə atəş açmaqla yanaşı, çoxsaylı yaşayış evlərini də yandırblar.
Haiti İnsan Haqları Təşkilatının (RNDDH) məlumatına görə, sakinlər təhlükəsizlik qüvvələrinin mülki əhalini qoruya bilməməsinə etiraz edərək yerli polis rəisinin istefasını tələb ediblər. Haiti hökuməti hücumu kəskin pisləyib və ərazidə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bəyan edib.
Qeyd edək ki, strateji mövqeyi ilə seçilən Kenskoff bölgəsi son bir ildə dəstələrin ardıcıl hücumlarına məruz qalır. BMT-nin göstəricilərinə görə, 2025-ci ildən bəri ərazidə 260-dan çox insan öldürülüb, yüzlərlə ev yerlə-yeksan edilib və mindən çox sakin yaşayış yerini tərk etməyə məcbur olub.
No Comment! Be the first one.