Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
Məkkə Sazişini imzalayan ölkələr “Məkkə Müdafiə İttifaqı” adı ilə bağlı razılığa gəliblər.
hadiseler.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan keçirdiyi mətbuat konfransında bəyan edib.
Türkiyə XİN rəhbəri bildirib ki, yaradılan bu alyans genişlənmək məqsədi daşıyır. Hakan Fidan vurğulayıb ki, Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ təşkil etmir. O, yeni alliance-ın rəsmi Ankaranın NATO çərçivəsindəki öhdəliklərinə xələl gətirmədiyini, eləcə də Türkiyənin digər ittifaq və beynəlxalq razılaşmalardakı öhdəliklərini dəyişdirmədiyini diqqətə çatdırıb.
No Comment! Be the first one.