Hakan Fidan Suriyaya səfər edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya rəsmi səfər edib.
hadiseler.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, H. Fidanın səfər çərçivəsində Suriya xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşməsi və Prezident Əhməd əş-Şəraa tərəfindən qəbul edilməsi gözlənilir.
Danışıqlarda əsas diqqət Xalq Müdafiə Dəstələri (YPG) və Suriya Demokratik Qüvvələrinin (SDG) özünü buraxması, həmçinin bu qurumların Suriya dövlət strukturlarına inteqrasiyası prosesinə yönələcək.
Tərəflər eyni zamanda aşağıdakı mühüm məsələləri müzakirə edəcəklər:
Suriyanın cənubundakı mövcud vəziyyət və İsrailin hücumları
Ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması
Ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi
Suriyanın iqtisadi bərpası və regional bağlantılarının yenidən qurulmasına dəstək
No Comment! Be the first one.