Hindistanda ayaqqabı fabrikində güclü yanğın: 4 nəfər ölüb
Hindistanın Dehli şəhərində ayaqqabı fabrikində baş verən güclü yanğın faciə ilə nəticələnib. Hadisə nəticəsində azı 4 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
hadiseler.info xəbər verir ki, yanğın Manqolpuri sənaye zonasında yerləşən müəssisənin zirzəmisində qeydə alınıb.
Binadan huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılan 6 nəfərdən 4-ünün həyatını xilas etmək mümkün olmayıb, digər 2 nəfərin isə müalicəsi davam etdirilir. Fabrikdə tezalışan materialların – rezin və kimyəvi maddələrin çox olması səbəbindən əraziyə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub və alovun söndürülməsi təxminən 4 saat çəkib.
Faktla bağlı polis və kriminalistlər tərəfindən araşdırma başlanılıb, binanın yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu yoxlanılır.
No Comment! Be the first one.