Xəzər dənizi xeyli geri çəkildi
Lənkəran və Astara çimərliklərində aparılan ölçmələrə əsasən, Xəzər dənizinin sahil xəttində nəzərəçarpacaq səviyyədə geriçəkilmə qeydə alınıb.
hadiseler.info xəbər verir ki, bunu Coğrafiya İnstitutunun “Xəzər dənizinin coğrafiyası” laboratoriyasının müdiri Səid Səfərov “Kaspi” qəzetinə müsahibəsində deyib. Alim bildirib ki, aparılan hesablamalara görə, Astarada sahil xətti təxminən 35 metr, Lənkəranda isə 45 metr geri çəkilib.
S.Səfərov əlavə edib ki, bu prosesdə sahilin maililiyi də nəzərə alınmalıdır: “Əgər sahil daha az maili olsaydı, çəkilmə daha geniş ərazidə hiss olunardı”.
No Comment! Be the first one.