Hörmüz boğazı yaxınlığında neft tankeri minaya düşərək yanıb
Hörmüz boğazının şərqində neft tankeri dəniz minasına düşərək alovlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
İran tərəfinin açıqlamasına əsasən, tanker izləmə və naviqasiya sistemlərini söndürərək hərəkətin məhdudlaşdırıldığı əraziyə daxil olmağa cəhd edib. Nəticədə gəmi mina ilə təmas nəticəsində zədələnib və güclü yanğın baş verib.
İran Hərbi Dəniz Qüvvələri bölgədə gəmilərin hərəkətinin nəzarətdə saxlanıldığını və təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb. Hadisə ilə əlaqədar tankerin adı, hansı ölkəyə məxsus olması, ekipaj üzvlərinin vəziyyəti və mümkün itkilər barədə hələlik məlumat açıqlanmayıb.
Qeyd edək ki, Hörmüz boğazı ətrafında son həftələr gəmilərin mina ilə toqquşması və yanğın hadisələri barədə bir neçə dəfə məlumat yayılıb.
No Comment! Be the first one.