Yevlaxda avtomobil aşdı, iki nəfər öldü – Foto
Yevlax rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə rayonun Qaraoğlan kəndindən keçən yolda qeydə alınıb. “BMW” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan iki kişi Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Lakin həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları olan hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.