Hörmüz boğazında iki tanker minaya düşərək yanıb
Hörmüz boğazının cənub hissəsində iki neft tankerinin dəniz minasına düşməsi nəticəsində gəmilərin göyərtəsində güclü yanğın başlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
SEPAH-ın iddiasına görə, hadisə tankerlərin İran Hərbi Dəniz Qüvvələrinin icazə vermədiyi, nəzarətdən kənar marşrutla hərəkət etmələri səbəbindən baş verib.
Gəmilərdəki heyət üyələrinin vəziyyəti və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.