Hörmüz boğazında tanker vuruldu
Hörmüz boğazında hərəkətdə olan neft tankeri naməlum mərmi ilə hücuma məruz qalıb.
hadiseler.info xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Qərargahı nəzdindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
Gəminin kapitanının verdiyi məlumata görə, dəyən mərmi nəticəsində tankerin maşın şöbəsi zədələnib. UKMTO heyət üzvlərinin təhlükəsizlikdə olduğunu bildirib. Hücuma məruz qalan gəminin adı, qeydiyyat limanı və hadisənin dəqiq baş verdiyi yer barədə hələlik ətraflı məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl, sentyabrın 30-dan oktyabrın 2-dək olan müddətdə UKMTO Hörmüz boğazında daha beş tankerin vurulduğunu xəbər vermişdi.
No Comment! Be the first one.