Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Sentyabrın 7-dən 11-dək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) təşkil olunacaq.
hadiseler.info xəbər verir ki, qlobal iqlim gündəliyinin mühüm platformasına çevrilən Bakıda eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) da keçiriləcək.
Tədbirlər əsasən iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində iqlim fəaliyyətinin gücləndirilməsi mövzularına həsr olunacaq.
No Comment! Be the first one.