Polşa müharibəyə hazırlaşır: Vərəqələr göndərildi
Polşada hərbi komissarlıqlar tərəfindən hərbçilərə və müəyyən mülki şəxslərə səfərbərlik vərəqələri göndərilməyə başlanıb.
hadiseler.info Polşanın “RMF 24” radiostansiyasına istinadən xəbər verir ki, Polşa Mərkəzi Hərbi Çağırış Mərkəzi bu prosesin planlı və hər il həyata keçirilən standart prosedur olduğunu bildirib. Qeyd olunub ki, dinclik dövründə təqdim edilən bu vərəqələr ölkədə səfərbərlik elan olunması demək deyil, sadəcə olaraq olası böhran vəziyyətində resursları əvvəlcədən təyin etmək məqsədi daşıyır.
Sənədlər ilk növbədə ehtiyatda olan hərbçilərə, həmçinin ordunun ehtiyac duyduğu həkimlər, İT və logistika mütəxəssislərinə göndərilir. Bundan əlavə, müharibə və ya fövqəladə hal zamanı enerji, nəqliyyat, rabitə və inzibati sahələrin fasiləsiz fəaliyyətini təmin edəcək mülki şəxslərə də müvafiq tapşırıq vərəqələri paylanılır.
No Comment! Be the first one.