Husilər Qırmızı dənizi tam nəzarətə götürdü
Yəməndəki husi üsyançıları Qırmızı dənizin qərb sahilinə nəzarəti tamamilə ələ keçiriblər.
hadiseler.info xəbər verir ki, bu barədə AFP xəbər agentliyi mənbələrə söykənərək məlumat yayıb.
Məlumata görə, üsyançılar sahil xəttindəki son mövqeləri, o cümlədən strateji önəm daşıyan Böyük və Kiçik Haniş adalarını da nəzarət altına alıblar. Qeyd olunub ki, husilər bundan əvvəl Qırmızı dəniz sahilində yerləşən mühüm Moxa şəhərini ələ keçirmişdilər.
No Comment! Be the first one.