Husilərdən Səudiyyə Ərəbistanına PUA hücumu
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanının Nəcran şəhərində yerləşən strateji obyektlərə zərbə endirib.
hadiseler.info xəbər verir ki, təşkilatın mətbuat xidməti “X” sosial şəbəkə hesabında hücumların şəhər hava limanına və “Saudi Aramco” neft şirkətinin obyektinə həyata keçirildiyini bildirib. Husilər zərbələrin dəqiq hədəfə dəydiyini iddia etsələr də, dəyən ziyan barədə məlumat verməyiblər.
Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, iyul ayında Səna hava limanının vurulmasından sonra husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etmiş və hücumlara görə Ər-Riyadı günahlandırmışdılar.
No Comment! Be the first one.